...

Tarixi abidəyə edilən müdaxilənin qarşısı alınıb

Mədəniyyət Materials 30 Dekabr 2023 11:45 (UTC +04:00)
Tarixi abidəyə edilən müdaxilənin qarşısı alınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanında yerləşən 3350 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar olunub.

Trend xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən yol verilmiş müdaxilə faktının qarşısı alınıb.

Tarixi abidənin birinci mərtəbəsində, fasad hissəyə bərkidilmiş əlüzyuyan çanaq sökülüb.

Yol verilmiş qanun pozuntusu ilə bağlı obyekt sahibinə xəbərdarlıq edilib.

Bir daha vətəndaşlarımızı mədəni irsin qorunmasına həssas yanaşmağa çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti