...

Nazirdən "Yuğ" teatrının bina problemi ilə bağlı AÇIQLAMA

Mədəniyyət Materials 12 Noyabr 2024 10:04 (UTC +04:00)
Nazirdən "Yuğ" teatrının bina problemi ilə bağlı AÇIQLAMA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Teatrların fəaliyyəti xüsusi olaraq diqqət mərkəzindədir.

Trend xəbər verir ki, bunu COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, ölkəmizdə teatr fəaliyyəti ciddi inkişaf etməkdədir.

"Dövlətin teatrlara olan qayğısı danılmazdır və xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda teatrlara göstərilən dövlət qayğısı və dövlət investisiyası kifayət qədər yüksəkdir.

Təbii ki, bir çox teatrların fəaliyyəti onların müstəqil binasının nə dərəcədə uğurlu olmasından aslıdır.

Düşünürük ki, "Yuğ" teatrı kimi peşəkar kollektivi olan bir teatrın fəaliyyəti üçün ciddi infrastruktur şəraiti olan binanın axtarışı istiqamətində nazirlik tərəfindən işlər aparılır.

Düşünürük ki, qısa zamanda onların normal fəaliyyətini təmin etmək üçün uyğun məkan tapılıb təqdim ediləcək", - o əlavə edib.

Qeyd edək ki, teatr illərdir bina problemi yaşayır. 1989-cu ildən studiya kimi, 1992-ci ildən dövlət teatrı kimi fəaliyyət göstərən “Yuğ” teatrı 2016-cı ildən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir.

Bir müddət öncə Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb. O, teatrın bina məsələsinin diqqətdə olduğunu və bu problemin qısa zaman ərzində həll ediləcəyini vurğulayıb. O, həmçinin nazirliyin teatr sənətinin inkişafına yönəlmiş təşəbbüslərə, yaradıcı təkliflərə dəstək olmağa hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti