...

Paraqvayda "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı Azərbaycana təqdim olunub

Mədəniyyət Materials 5 Dekabr 2024 22:52 (UTC +04:00)
Paraqvayda "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı Azərbaycana təqdim olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş "Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı xüsusi mərasimdə rəsmi şəkildə ölkəmizə təqdim olunub.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyasından məlumat verilib.

Bildirilib ki, təqdimetmə Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası çərçivəsində baş verib.

Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti” adlı milli nominasiyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu barədə qərar UNESCO-nun Paraqvayın Asunsion şəhərində keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyasında verilib. Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti