...

MSK: Seçkiqabağı təşviqat zamanı pozuntular qeydə alınmayıb

Seçki 2015 Materials 27 Oktyabr 2015 11:46 (UTC +04:00)
Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqat zamanı hər hansı nəzərəçarpacaq pozuntular və ya hallar qeydə alınmayıb.
MSK: Seçkiqabağı təşviqat zamanı pozuntular qeydə alınmayıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqat zamanı hər hansı nəzərəçarpacaq pozuntular və ya hallar qeydə alınmayıb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasının Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yerlərdə müəyyən xırda nöqsanlar baş versə də, müvafiq dairə seçki komissiyaları tərəfindən dərhal reaksiya verilərək həmin məsələlər aradan qaldırılıb.

Bildirilib ki, yerlərdə təşviqat aparmaq üçün bütün namizədlərə qanunvericilik çərçivəsində bərabər şərait yaradılıb və namizədlər müvafiq qaydada seçiciləri ilə görüşlərini davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti