...

Şəhid ailələri, müharibə əlilləri və qaziləri Qənirə Paşayevanı dəstəklədilər (FOTO)

Seçki 2015 Materials 30 Oktyabr 2015 10:18 (UTC +04:00)
Qənirə Paşayeva 105 saylı seçki dairəsinə daxil olan kəndlərdən şəhid ailələri və müharibə əlilləri, müharibə veteranları ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.
Şəhid ailələri, müharibə əlilləri və qaziləri Qənirə Paşayevanı dəstəklədilər (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Millət vəkili Qənirə Paşayeva 105 saylı seçki dairəsinə daxil olan kəndlərdən şəhid ailələri və müharibə əlilləri, müharibə veteranları ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. "Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan insanlarımızın ailələri, müharibə əlillərimiz və qazilərimiz bizim üçün çox dəyərlidir", - deyən millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında onlara göstərilən qayğı və diqqətdən danışmaqla bərabər, özü də bir millət vəkili olaraq hər zaman onlara diqqətlə və hassaslıqla yanaşdığını deyib.

Görüş zamanı şəhid ailələri, müharibə əlillləri və qaziləri Q.Paşayevanın hər zaman Milli Məclisdə şəhid ailələri, müharibə əlil və veteranlarını narahat edən məsələləri mütəmadi qaldırması, müvafiq qurumlarla müzakirə aparmasını unutmadıqlarını deyərək bildiriblər ki, Q.Paşayeva bu 10 il ərzində onların bir ailə üzvü kimi hər zaman yanlarında olub və əlindən gələn dəstəyi əsirgəməyib.

Millət vəkili özəlliklə 1-ci qrup əlillərə baxan şəxslərə sosial müavinətlərin verilməsi və Qarabağ müharibəsi əlil və veteranlarının tibbi sığırtası məsələsini bir neçə dəfə Milli Məclisdə qaldırdığını deyərək bundan sonra da hər zaman bu kimi məsələləri və ailələrin təkliflərini diqqətdə saxlayacağını bildirib. Şəhid ailələri, müharibə əlilləri və qaziləri Ali Baş Komandanın yanında olduqlarını və hər zaman onun ətrafında sıx birləşdiklərini deyərək Q.Paşayevaya uğurlar diləyiblər. Görüş zamanı Qarabağ münaqişəsi ətrafında indiki vəziyyətlə bağlı da söhbət olub və millət vəkili sakinlərin suallarını da cavablandırıb.

Q.Paşayeva həmçinin 3 kəndin sakinlərini də qəbul edib, qayğı və problemlərini dinləyib və müvafiq qurumlarla müzakirə aparıb. Millət vəkili ilə görüş zamanı ona müraciət edənlər arasında müxtəlif xəstəliklərdən əziyyət çəkən və əməliyyata ehtiyacı olan xəstələr üstünlük təşkil edib. Q.Paşayeva həmin xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili ona müraciət edən fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb, onların bəzilərinin müalicə almaları üçün Əlillərin Bərpa Mərkəzinə yerləşdirilməsini xahiş edib.

Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və Q.Paşayeva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə apararaq qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.

Bir sıra 1-ci qrup əlilləri və ailə üzvlərini dinləyən millət müavinət verilməsi ilə bağlı məsələni MM-də bir neçə dəfə səsləndirdiyini və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla müzakirə etdiyini deyərək bu məsələnin həmin ailələr üçün nə qədər önəmli olduğunu bildiyini deyərək təkrar müvafiq qurumlara çatdıracağını deyib. O, həmçinin 1-ci qrup əlillərin övladlarının ödənişli ali təhsildən azad edilməsi ilıə bağlı ailələrin təkliflərini MM-də səsləndirdiyini və hökumət üzvləri ilə müzakirə etdiyin deyərək bir daha bu məsələni onların diqqətinə çatdıracağına söz verib.

Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Q.Paşayeva "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq dəstək göstərilməsi ilə bağlı müraciət edib.

Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, Q.Paşayeva onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Millət vəkili sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı, onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti