...

Rusiyalı politoloq: Azərbaycanda parlament seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir (ƏLAVƏ OLUNUB)

Seçki 2015 Materials 2 Noyabr 2015 11:04 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir.
Rusiyalı politoloq: Azərbaycanda parlament seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Yelena Kosolapova/

Azərbaycanda parlament seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Trend-in məlumatına görə, bunu Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

S.Markov bildirib ki, seçkiləri düzgün, ədalətli və xalqın iradəsini əks etdirən kimi qiymətləndiririk: "Seçkilərin nəticələri hamı tərəfindən gözlənilən idi. Xalq Yeni Azərbaycan Partiyasını dəstəklədi. Çünki bu təşkilat Prezident İlham Əliyevin apardığı siyasəti tam dəstəkləyir".

Onun sözlərinə görə, xalq dövlət başçısının son 20 ildə apardığı siyasətin nəticəsini görür və başa düşür ki, Azərbaycanda həyat səviyyəsi, məsələn, digər postsovet ölkələrinə nisbətən xeyli yüksəkdir: "İnqilabçı-destruktiv qüvvələrə iradə versək, Ukraynadakı kimi alına bilər".

Politoloq əlavə edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu özünü seçkilərin müşahidəsini müntəzəm saxtalaşdıran və kiminsə siyasi sifarişlərini yerinə yetirən kimi tanıdıb: "Onlar hazır hesabatlarla gəlirlər. Həmin hesabatları xüsusi xidmət orqanları əməkdaşlarının yazmasından şübhələnirik".

VI çağırış Dövlət Dumasının deputatı, "Yedinaya Rossiya" fraksiyasının üzvü Aleksandr Sidyakin qeyd edib ki, Azərbaycanda parlament seçkiləri layiqli səviyyədə keçirilib: "İnsanlar təzyiqlə üzləşmədən azad şəkildə seçkilərə gedərək iradələrini göstəriblər".

Onun sözlərinə əsasən, Azərbaycanda baş verən proseslər vətəndaşların həyatının yaxşılaşmasına və demokratik inkişafa istiqamətlənib.

Qərb tərəfindən Azərbaycan hökumətinin tənqid edilməsinə gəlincə, A.Sidyakin əlavə edib ki, bu, ölkənin azad siyasəti ilə bağlıdır: "Tənqid üçün real səbəb yoxdur".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti