...

Nazirlik: Sürüşmə zonasındakı aktivlik evlər üçün təhlükə yaradır

Gündəm Materials 25 Yanvar 2018 13:01 (UTC +04:00)
Bayıl yamacında sürüşmə zonası ilə bağlı aidiyyatı qurumlar təkliflərini təqdim etməlidir.
Nazirlik: Sürüşmə zonasındakı aktivlik evlər üçün təhlükə yaradır

Bakı. Samir Əli -Trend:

Bayıl yamacında sürüşmə zonası ilə bağlı aidiyyatı qurumlar təkliflərini təqdim etməlidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası tərəfindən ərazidə baş verən sürüşmə prosesinin dinamikasında aktivlik, baş verən proseslər haqqında tədqiqat işləri aparılıb: "Hazırda ərazidə mayaklar, reperlər quraşdırılıb, nəzarət edilir. Ərazidə quraşdırılan mayaklara, reperlərə istinadən demək olar ki, prosesin dinamikasında aktivlik müşayiət edilir. Aparılan digər tədqiqat işlərinin nəticələri barədə də məlumat veriləcək. Aktivlik prosesi yamacın aşağı hissindəki evlər üçün təhlükə yaradır. Tam araşdırmalar başa çatana, tədqiqatlar yekunlaşıb son qərar verilənə qədər əhalinin ehtiyatlı olması lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti