...

Qanunsuz ov edən ərəb vətəndaşları saxlanılıb

Gündəm Materials 29 Yanvar 2018 14:43 (UTC +04:00)
Qanunsuz ov edən ərəb vətəndaşları saxlanılıb.
Qanunsuz ov edən ərəb vətəndaşları saxlanılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Qanunsuz ov edən ərəb vətəndaşları saxlanılıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 28-də Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq, onlardan 3 ov silahı və 6 patron maddi sübut kimi götürülüb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimə edilib.

Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti