...

Azərbaycan səhiyyəsində unikal hadisə

Gündəm Materials 9 Fevral 2018 12:02 (UTC +04:00)
Yerimə qabiliyyətini itirən 37 yaşlı Ramil Səfərova müraciət etdiyi xarici və bir çox yerli mütəxəssislər hər iki ayağının amputasiyasını məsləhət görüblər.
Azərbaycan səhiyyəsində unikal hadisə

Bakı. Trend:

Uzun zamandır ayaqlarındakı yaralardan əziyyət çəkən, hətta yerimə qabiliyyətini itirən 37 yaşlı Ramil Səfərova müraciət etdiyi xarici və bir çox yerli mütəxəssislər hər iki ayağının amputasiyasını məsləhət görüblər. Trend-ə verilən məlumat görə, xəstənin inadkar araşdırmalarından sonra ona çox nadir görülən diaqnoz qoyularaq dərhal xüsusi rejimdə müalicə başlanılıb. Müalicə uğurla tamamlandıqdan sonra xəstənin ayağındakı yaralar nəinki sağalıb, hətta xəstə sərbəst, dəstəksiz yerimə qabiliyyətini bərpa edib.

Müalicə prosesinə rəhbərlik edən Revmatologiya mütəxəssisi Dr.Nərgiz Hüseynova bununla bağlı aşağıdakıları bildirib : “Xəstə bizim mərkəzə son ümid yeri olaraq baş vurmuşdu. Bizdən öncə müraciət etdiyi bütün xəstəxanalarda hər iki ayağın amputasiyası tövsiyə olunmuşdu. Amma dərin araşdırmalardan sonra xəstədə tibbdə olduqca nadir rastlanan iki xəstəliyin müştərək seyr göstərməsini aşkar etdik – “antifosfolipid sindrom” və “orta damar vaskuliti”. Bundan sonra xəstəyə mərkəzimizdə intensiv müalicə başladıq və nəticədə 1 ay sonra artıq xəstə yeriməyə başladı. Bildirmək istəyirəm ki, mərkəzimizdə ən ümidsiz revmatoloji xəstəliklər müalicə olunub sosial həyata qaytarılır. Çünki bu xəstəliklər əlillik dərəcəsi yüksək olan xəstəliklər kateqoriyasına aiddirlər. Uzun illərdir bu xəstələr öz şəfalarını xarici ölkələrə üz tutaraq axtarırdılar artıq tam əminliklə deyə bilərəm ki, mərkəzimizdə bu xəstəliklər geniş araşdırılaraq müalicə tədbirləri görülür”.

Xatırladaq ki, Nərgiz Hüseynova respublikamızda Sistem xəstəliklər və Revmatologiya üzrə xaricdə təhsil almış yeganə mütəxəssisdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti