...

Sakaryada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçiriləcək (ÖZƏL)

Gündəm Materials 9 Fevral 2018 15:51 (UTC +04:00)
Türkiyənin Sakarya vilayətində Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçiriləcək.
Sakaryada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçiriləcək (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Sakarya vilayətində Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçiriləcək.

Bu barədə Trend-ə Sakarya valiliyindən verilən açıqlamada bildirilir.

Qeyd olunur ki etiraz aksiyası bu gün vilayətin Erenler bələdiyyəsi ərazisində Xocalı faciəsinə həsr olunmuş abidənin açılışından sonra keçiriləcək.

Valilikdən bildirilib ki, Xocalı faciəsi heç zaman unudulmayacaq: "Çünki unudulan faciələr təkrarlanır".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti