Bakı. Azad Həsənli - Trend:
“Silk Way West Airlines” aviaşirkəti ikiillik fasilədən sonra Budapeştə yükdaşımalarını bərpa edib.
Trend bu barədə aviaşirkətə istinadən məlumat verir.
Qeyd olunur ki, ilk uçuş martın 18-də baş tutub. Reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Məlumatda o da bildirilir ki, uçuşların bərpa olunması bu istiqamətdə tələbatın artması ilə bağlıdır, bu isə, öz növbəsində elektron ticarətin inkişafı ilə əlaqədardır.
Qeyd edək ki, “Silk Way West Airlines” aviaşirkəti 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb.