Bakı. Trend:
Mərkəzi Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yeni yubiley sikkələri buraxacaq.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
E.Rüstəmov yeni sikkələrin təqdimat mərasiminin nəzərdə tutulduğunu bildirib:
"Ümumilikdə cəmi 4 min ədəd sikkə hazırlanacaq - 2 mini AXC-nin 100 illiyi, 2 mini isə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunacaq".