...

Azərbaycan gimnastları Dünya Kubokunda ilk çıxışlarından razıdır

Gündəm Materials 28 Aprel 2018 15:53 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətlərdə milli komandasının üzvləri təsnifat mərhələsindəki çıxışlarından razı qalıb.
Azərbaycan gimnastları Dünya Kubokunda ilk çıxışlarından razıdır

Bakı. Maksim Tsurkov - Trend:

Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətlərdə milli komandasının üzvləri təsnifat mərhələsindəki çıxışlarından razı qalıb.

Bunu Trend-ə komandanın üzvü Aliyə Paşayeva deyib.

O bildirib: “Çıxışdan razıyıq. Düzdür, bəzi qüsurlar oldu, amma biz bir komanda kimi çıxış etdik və sonadək mübarizə apardıq. Biz daha yaxşı çıxış edə bilərik və bunu nümayiş etdirəcəyik”.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib.

Turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Yarışların ikinci günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Ötən gün Azərbaycanın gimnastika yığması qrup hərəkətlərində finala yüksəlib. Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasileva təsnifatda 17,150 xal yığaraq altıncı yerə çıxıblar ki, bununla da finala düşməyə müvəffəq olublar.

Fərdi yarışlarda isə bu gün Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti