Bakı. Trend:
Rusiyada meşələri yandıranlar daha yüksək məbləğdə cərimələnəcək.
Trend-in məlumatına görə, bunu Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov deyib.
Onun sözlərinə görə, iri miqyasda yanğınlara səbəb olan vətəndaşlara daha yüksək məbləğdə cərimələr tətbiq olunacaq.
Cərimələri ödəməyən şəxsləri isə cinayət məsuliyyəti gözləyir.
Qeyd edək ki, Uzaq Şərqdə baş verən meşə yanğını daha böyük əraziyə yayılaraq meşə fonduna külli miqdarda ziyan vurub.