...

SORĞU: Azərbaycan Qran Prisi Formula 1-in ən yaxşı mərhələsidir

Gündəm Materials 2 May 2018 16:01 (UTC +04:00)
Azərbaycan Qran Prisi Formula 1-in ən yaxşı mərhələsidir.
SORĞU: Azərbaycan Qran Prisi Formula 1-in ən yaxşı mərhələsidir

Bakı. Ləman Zeynalova - Trend:

Formula 1-in rəsmi "Tvitter" səhifəsində aparılan sorğunun yekunu üzrə Azərbaycan Qran Prisi 2018-ci ildə Formula 1-in ən yaxşı mərhələsi sayılıb.

Trend-in məlumatına görə, sorğuda 43 419 istifadəçi iştirak edib.

Sorğuya qatılanların 68 faizi Azərbaycan Qran Prisinin lehinə səs verib. Çin Qran Prisi 14 faiz səslə ikinci olub. Sonrakı yerlərdə Bəhreyn (11 faiz) və Avstraliya (7 faiz) gəlir.

Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda keçirilən 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisinin qalibi "Mercedes" komandasının pilotu Lyuis Hemilton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti