...

Ölkənin bu şəhərlərində psixiatriya xəstəxanaları tikiləcək

Gündəm Materials 11 May 2018 10:03 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Gəncə və Şəkidə yeni Şəhər Psixiatriya xəstəxanaları tikiləcək.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovun Trend-ə verdiyi məlumata görə, bununla bağlı artıq tender elan edilib. Tenderə əsasən, Gəncə şəhər Psixiatriya Xəstəxanası və Şəki şəhər Psixiatriya Xəstəxanası yenidən tikiləcək.

Tender iştirakçıları öz tender təkliflərini iyunun 7-dək tender komissiyasına təqdim etməlidirlər. Tenderin açılışı iyunun 8-də olacaq.

R.İsmayılov bildirib ki, hazırda Azərbaycanda 10 Psixiatriya Xəstəxanası var. Onların 2-si Bakıda, qalanları isə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Quba, Naxçıvan, Qazax, Salyanda fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti