...

YENİLİK! Azərbaycanda süd məhsulları yeni standartlarla hazırlanacaq

Gündəm Materials 11 May 2018 14:53 (UTC +04:00)

Bakı. İlkin Şəfiyev - Trend:

“Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları” İctimai Birliyi (ASEB) ölkədə bu məhsullar üçün yeni standartlar tətbiq etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu təşkilatın icraçı direktoru Samir Eyyubov deyib.

O qeyd edib ki, Azərbaycanda “fermer südü” anlayışını təşviq etmək lazımdır: “Söhbət zəruri standartlara əməl etməklə istehsal olunan süd və süd məhsullarından gedir. Bunun üçün hazır məhsulun qablaşdırılmasında xüsusi loqotiplər yerləşdirilməlidir. İndi biz müvafiq standartların yaradılması üzərində işləyirik”.

Onun sözlərinə görə, bu məhsulun Azərbaycan bazarında təşviqi üçün bir sıra marketinq tədbirləri hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti