...

Nazirlik: Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün imtahan keçirilməyəcək

Gündəm Materials 5 İyun 2018 12:43 (UTC +04:00)
Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün imtahan keçirilməyəcək
Nazirlik: Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün imtahan keçirilməyəcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Mövcud qaydalara əsasən, ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi məqsədilə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmayıb.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu proses bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi mərhələsində onların əvvəlki illərdə keçirilmiş diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərdiyi nəticələr nəzərə alınacaq. Bu müsabiqə nəticəsində iş yerini dəyişmək imkanı əldə edən namizədlər təsdiq üçün zəruri sənədləri İnsan resursları mərkəzinə təqdim edəcəklər.

Cari ildə müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədilə keçirilən müsahibələrdə uğur qazanmış müəllimlərlə 2018-2019-cu tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq. Bununla əlaqədar həmin müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti