...

Azərbaycandan çıxışına qadağa qoyulmuş Ramin Hacılı sərhəddən qanunsuz keçmək istəyərkən saxlanılıb (FOTO)

Gündəm Materials 6 İyun 2018 10:41 (UTC +04:00)
Azərbaycandan çıxışına qadağa qoyulmuş Ramin Hacılı sərhəddən qanunsuz keçmək istəyərkən saxlanılıb
Azərbaycandan çıxışına qadağa qoyulmuş Ramin Hacılı sərhəddən qanunsuz keçmək istəyərkən saxlanılıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycandan çıxışına qadağa qoyulmuş Ramin Hacılı sərhəddən qanunsuz keçmək istəyərkən saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 4 iyun tarixində DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Bala­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan Res­pub­likası vətəndaşı – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıblar.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona köməklik et­məsini etiraf edib. F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qay­tar­mağa çalışmasını bildirib.

Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıl­ıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti