...

“BakuBus”: Avtobuslardan ödənişsiz istifadə xüsusi rejim başa çatanadək davam edəcək (FOTO)

Gündəm Materials 4 İyul 2018 15:26 (UTC +04:00)
İyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.
“BakuBus”: Avtobuslardan ödənişsiz istifadə xüsusi rejim başa çatanadək davam edəcək (FOTO)

Bakı. Samir Əli - Trend:

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək.

“BakuBus” MMC-dən Trend-ə verilən məlumata görə, iyulun 3-ü saat 19:00 radələrindən etibarən “BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti