...

Azərbaycanda bir il ərzində 2 minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb

Gündəm Materials 18 İyul 2018 13:09 (UTC +04:00)
Azərbaycanda bir il ərzində 2 minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb.
Azərbaycanda bir il ərzində 2 minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bir il ərzində 2 minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb, 10-a yaxın inzibati protokol tərtib olunub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev jurnalistlərə deyib.

O.Əliyev qeyd edib ki, sahibkarlar reklam konstruksiyasının növünə, texniki tələblərinə, istismara yararlılığına diqqət etməlidirlər.

Agentlik direktorunun müavini bildirib ki, reklam pozuntuları ilə bağlı cərimələr müxtəlifdir, 500 manatdan 10 min manata qədərdir.

O vurğulayıb ki, Agentlik reklamlarda Azərbaycan dili normalarının qorunması istiqamətində də addımlar atır: “Gündəlik belə faktlarla bağlı müraciətlər olur. Normaların pozulmasına imkan vermirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti