...

Azərbaycanda Aqrar İnkişaf Könüllüləri Hərəkatına start verilir

Gündəm Materials 23 İyul 2018 16:11 (UTC +04:00)
Azərbaycanda Aqrar İnkişaf Könüllüləri Hərəkatı yaradılır.
Azərbaycanda Aqrar İnkişaf Könüllüləri Hərəkatına start verilir

Bakı. Trend:

Azərbaycanda Aqrar İnkişaf Könüllüləri Hərəkatı yaradılır.

Trend-in məlumatına görə, hərəkatın yaradılmasında məqsəd aqrar sektorun inkişafına ictimai dəstək vermək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini müəyyənləşdirmək, həll yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, gənc mütəxəssislərin aqrar sahəyə dair kreativ ideyalarını reallaşdırmaq, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltməkdir.

Hərəkat bir qrup gəncin təşəbbüsü ilə yaradılıb. Hərəkatın təşəbbüskarlarından Fidan Alıyeva, Rübabə Yusifova, Zöhrə Məmmədova, Sarvan Cəbrayılzadə, Atilla-Turan Bayramov, Etibar Muradlı və Valeh Əsədov ölkənin ali təhsil ocaqlarının tələbələrini və müxtəlif sahələrdə fəaliyyət göstərən gəncləri könüllülər hərəkatına cəlb etmək məqsədilə təqdimatlar keçirəcək.

Təqdimat kampaniyası sentyabrın əvvəllərindən başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti