...

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

Gündəm Materials 18 Sentyabr 2018 10:53 (UTC +04:00)
2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 209,6 milyon manatlıq məhsul istehsal edilib.
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 209,6 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 32,0 dəfə artıb, maşın və avadanlıqların istehsalı 16,0 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 61,7 faiz azalıb.

Bununla yanaşı, 977 ədəd traktor, 311 ədəd minik avtomobili istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti