...

Bakıda "Xəzər" kafesindəki yanğın söndürülüb (YENİLƏNİB-2) (FOTO/VİDEO)

Gündəm Materials 21 Sentyabr 2018 12:35 (UTC +04:00)
Araşdırma aparılır.
Bakıda "Xəzər" kafesindəki yanğın söndürülüb (YENİLƏNİB-2) (FOTO/VİDEO)

İlk xəbər saat 12:13-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bakının Nobel prospektində yerləşən "Xəzər" kafesində bir müddət əvvəl baş vermiş yanğın söndürülüb.

Trend-in məlumatına görə, hadisənin səbəbi hələ məlum deyil. Araşdırma aparılır.

X X X

12:13

Bakının Nobel prospektində kafedə güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə Xətai rayonu, Nobel prospektində yerləşən "Xəzər" kafesində baş verib. Yanğın kafenin dam örtüyündən başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti