...

Qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan 2 qardaş evə buraxıldı

Gündəm Materials 3 Oktyabr 2018 12:39 (UTC +04:00)
Oktyabrın 1-də Bakıda 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 4 yaralıdan 2 nəfər evə buraxılıb.
Qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan 2 qardaş evə buraxıldı

Bakı. Samir Əli – Trend:

Oktyabrın 1-də Bakıda 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 4 yaralıdan 2 nəfər evə buraxılıb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Abdulov Rahim Kərim oğlu və 1986-cı il təvəllüdlü Abdulov Rizvan Kərim oğlunun vəziyyətləri normallaşdığı üçün evə buraxılıb:

“Hazırda mərkəzdə iki xəstə - 1983-cü il təvəllüdlü Aygün Babayeva və onun qızı, 2013-cü il təvəllüdlü qızı Əsnat Babalı müalicə alır. Uşağın vəziyyəti də normaldır, ola bilsin ki, bu gün evə buraxıldı. Amma Aygün Babayevanın vəziyyəti hələ də ağırdır. Əməliyyat olunub, ağır vəziyyətdə olsa da, stabildir”.

Qeyd edək ki, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.

Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti