...

Baldızını öldürmək istəyən şəxsin məhkəməsi başladı

Gündəm Materials 8 Oktyabr 2018 15:07 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Baldızını öldürmək istəyən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama münasibət bildirən D.Təhməzov özünü qismən təqsirli bilsə də o, baldızını öldürmək istəmədiyini deyib.

Bildirib ki, baldızı onun ailəsinin dağılmasını istəyib: "Mən sevib evlənmişəm. Baldızım bizim qonşuluqda yaşayırdı. Həyat yoldaşımı öyrədiblər ki, guya mən narkomanam. Bir gün öyrəndim ki, yoldaşım məni məhkəməyə verib. Boşanmaq istəyini də baldızımgil onun ağlına saldılar. Məni bu günə onlar saldı.

Bir dəfə "20 Yanvar" metrostansiyasının çıxışında dönər sifariş vermişdim. Gördüm ki, yoldaşım bacısı ilə gəlir. Onları izləyib evlərinə qədər getdim. Harada yaşadıqlarını öyrəndim. Sonra yoldaşını görmək üçün həmin evə getdim. Yenə məni əsəbləşdirdi. Dedim ki, məni bu vəziyyətə siz saldınız. Öldürmək məqsədi ilə getməmişdim".

Prosesdə ifadə verən zərərçəkmiş Nuranə Fərzəliyeva bildirib ki, Dinar Təhməzov yalan danışır:

"Bacımla aralarında sevgi olmayıb. Valideyn razılığı ilə evləniblər. Hər gün də evlərində dava-dalaş olub. Hamısı da qısqanclığa görə. Deyirdi ki, kimsə sənə baxır, niyə filankəsə salam verirsən? Balaca uşağa da salam verəndə söz-söhbət yaradırdı. Razılıqla boşandılar. Hadisə günü də mən evə gedirdim. Məhəllədə hiss elədim ki, kimsə məni izləyir. Arxaya baxdım ki, Dinar gəlir. Yanında da bir nəfər var idi. Sonra evə çatdım. Bir neçə dəqiqə sonra evdən çıxıb marketə getdim. Marketdən çıxanda Dinar qabağımı kəsdi. Dedi ki, burada nə edirsən? Elə bunu deyəndən sonra bıçağı çıxarıb vurmağa başladı. Mən yerə yıxıldım".

Suallara cavab verən Nuranə Fərzəliyev bildirib ki, Dinarın uşaqları görmək niyyəti olmayıb: "Biz özümüz də uşaqları onun yanına göndərmişik. Uşaqları ona göstərməməyimiz yalandır".

İttiham aktında bildirib ki, Dinar Təhməzov keçmiş arvadı ilə mübahisə edib. Daha sonra keçmiş baldızı Nuranə Fərzəliyevanı bıçaqlayıb. Nuranəyə 6 bıçaq zərbəsi vuran Dinar Təhməzov hadisə zamanı sərxoş olub.

İttihama görə, bu ilin may ayında Ağcəbədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşandıqdan sonra uşaqlarını görmək üçün baldızının evinə gedib.

D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üstündə mübahisə edib. Mübahisə zamanı N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, D.Təhməzovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti