Bakı. Elçin Mehdiyev - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına publik hüquqi şəxs Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi əlavə edilib.