...

Bu gün Bakıda 21 dərəcə isti olacaq

Gündəm Materials 30 Oktyabr 2018 11:39 (UTC +04:00)
Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Bu gün Bakıda 21 dərəcə isti olacaq

Bakı. Trend:

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 30-u gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 18-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu 18-23, dağlarda 13-15 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti