...

Bakının bu rayonunda su olmayacaq

Gündəm Materials 31 Oktyabr 2018 09:16 (UTC +04:00)
Bakının Qaradağ rayonunda su olmayacaq.
Bakının bu rayonunda su olmayacaq

Bakı. Trend:

Bakının Qaradağ rayonunda su olmayacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 31 oktyabr 2018-ci il tarixində gün ərzində Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti