...

Avtomobillə vurulan təmizlik işləri aparan qadın əməliyyat zamanı öldü

Gündəm Materials 7 Dekabr 2018 10:55 (UTC +04:00)
Bakıda naməlum avtomobilin vurduğu təmizlik işləri aparan qadın dünyasını dəyişib.
Avtomobillə vurulan təmizlik işləri aparan qadın əməliyyat zamanı öldü

Bakı. Samir Əli - Trend:

Bakıda naməlum avtomobilin vurduğu təmizlik işləri aparan qadın dünyasını dəyişib.

3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, Muradova Almaxanım Pirağa qızı dekabrın 6-da əməliyyat zamanı dünyasını dəyişib: "Xəstənin vəziyyəti olduqca ağır idi. Xəstə əməliyyata götürüldü və əməliyyat zamanı dünyasını dəyişdi".

Xatırladaq ki, dekabrın 6-da səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında ərazidə təmizlik işləri aparan qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti