...

Lənkəranda 17 yaşlı oğlan itkin düşdü

Gündəm Materials 12 Dekabr 2018 07:04 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Lənkəranda yeniyetmə oğlan itkin düşüb.

Trend-in məlumatına görə, hadisə şəhərin M.Nəsirli küçəsi 47 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 2001-ci il təvəllüdlü Əliyev Hidayət Cavanşir oğlu bu il oktyabrın 15-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti