...

Türkiyə vətəndaşı Bakıda piyadanı vurdu

Gündəm Materials 13 Dekabr 2018 09:10 (UTC +04:00)
Bakıda Türkiyə vətəndaşı qəza törədib.
Türkiyə vətəndaşı Bakıda piyadanı vurdu

Bakı. Samir Əli - Trend:

Bakıda Türkiyə vətəndaşı qəza törədib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayonun X.Rüstəmov küçəsi, 7 saylı ünvanın qarşısında Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Çelik Sinan İmam oğlu idarə etdiyi "Audi" markalı 90-GX-991 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Mehdiyeva Güləzər Qismət qızını vurub.

Yaralı qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti