...

Bayram günlərində hava necə olacaq?

Gündəm Materials 27 Dekabr 2018 14:10 (UTC +04:00)

Bakı. Trend:

Bayram günlərinə olan ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 31-də Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq.

Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti