...

Qərargah: Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb

Gündəm Materials 17 Yanvar 2019 12:43 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın saat 12.00-a olan məlumatına görə, Xəzər dənizində Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrdir.
Qərargah: Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Xəzər dənizində Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan Trend-ə verilən xəbərə görə, saat 12.00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti