...

"Həzi Aslanov" stansiyasında eskalator təmirə bağlandı

Gündəm Materials 7 Fevral 2019 16:13 (UTC +04:00)
Metronun "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb.
"Həzi Aslanov" stansiyasında eskalator təmirə bağlandı

Bakı. Samir Əli - Trend:

Metronun "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər. "Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti