...

Məcburi köçkün: Bütün məcburi köçkünlər Prezident İlham Əliyevin bu sərəncamını böyük sevinclə qarşıladı

Gündəm Materials 27 Fevral 2019 11:09 (UTC +04:00)
Prezident İlham Əliyev məcburi köçkünlərə hər zaman böyük diqqət və qayğı göstərir.
Məcburi köçkün: Bütün məcburi köçkünlər Prezident İlham Əliyevin bu sərəncamını böyük sevinclə qarşıladı

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev məcburi köçkünlərə hər zaman böyük diqqət və qayğı göstərir.

Bunu Trend-ə Mingəçevir şəhərində məskunlaşmış Ağdamdan olan məcburi köçkün Nizami Mehdiyev deyib.

N.Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncamı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərəcək:

“Bütün məcburi köçkünlər bu sərəncamı böyük sevinclə qarşıladı. Biz cənab Prezidentə minnətdarıq ki, belə alqışalayiq işlər görür, öz torpaqlarından didərgin düşmüş insanların qayğısına qalır, onların sosial və mənzil şəraitini yaxşılaşdırır. İnanırıq ki, möhtərəm dövlət başçımızın qətiyyətli siyasəti nəticəsində biz öz torpaqlarımıza qayıdacağıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti