...

Azərbaycanda turizm sahəsində yeni qanun layihəsinin hazırlanacağı vaxt açıqlanıb

Gündəm Materials 27 Mart 2019 17:44 (UTC +04:00)

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan Dövlət Turizm Agentliyi “Turizm haqqında” qanun layihəsinin hazırlanması üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Agentliyin Aparat rəhbəri Kənan Qasımov deyib.

O bildirib ki, sənəd turizm sahəsinin stimullaşdırılmasına, eləcə də inkişafına yönəlib:

“Hazırda sənəd hazırlanma mərhələsindədir, bu ilin sonunadək başa çatdırılması planlaşdırılır”.

K.Qasımov qeyd edib ki, hazırda Agentlik beynəlxalq təcrübədən yararlanmaqla bu istiqamətdə fəal işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti