...

Bu qurumlarda maaşlar artırıldı

Gündəm Materials 29 Mart 2019 12:50 (UTC +04:00)
Azərbaycan Hesablama Palatasının üzvlərinin, Konstitusiya Məhkəməsinin sədrinin və hakimlərinin əmək haqları artırılır.
Bu qurumlarda maaşlar artırıldı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Hesablama Palatasının üzvlərinin, Konstitusiya Məhkəməsinin sədrinin və hakimlərinin əmək haqları artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişikliklərdə öz əksini tapıb.

“Hesablama Palatası haqqında” qanuna dəyişikliyə əsasən, Palata üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

“Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliyə əsasən isə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərləşdirilir. Hazırda isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manat, Milli Məclis sədrinin maaşı isə 2475 manat təşkil edir.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti