...

Xırdalanda küçədə bıçaqlanan 33 yaşlı kişi xəstəxanada öldü

Gündəm Materials 9 Aprel 2019 12:02 (UTC +04:00)
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Xırdalanda küçədə bıçaqlanan 33 yaşlı kişi xəstəxanada öldü

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə Xırdalan şəhəri, Əlişir Nəvai küçəsində baş verib.

Şəhər sakini, 1986-cı il təvəllüdlü Quliyev Təhmasib Nəriman oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 7-də saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş R.Rzayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Bıçaqlanan şəxs xəstəxanada ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti