...

Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır

Gündəm Materials 18 Aprel 2019 16:38 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır.
Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır

Bakı. Elçin Mehdiyev - Trend:

Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

O qeyd edib ki, bilet satışları ötən ildən daha yaxşı gedir. Şöbə rəhbərinin sözlərinə görə, 2016-cı ildən indiyə qədər hər il biletlərin satışında artım müşahidə olunur.

Yarışın təşviqi nəticəsində Formula 1 Azərbaycan Qran Prisinə xüsusən xaricdən gələnlərin sayı artmaqdadır:

"Yarışa Avropa ölkələrindən maraq artır. Əvvəl 50 nəfərin gəldiyi ölkələrdən indi bilet alanların sayı 2 dəfə çoxdur. İnanırıq ki, bu il də çox maraqlı yarış baş tutacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti