...

Azərbaycanda tirajı 1 milyon 200 min nüsxə olan marka buraxılıb

Gündəm Materials 25 Aprel 2019 06:58 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərmarka" MMC "Standart buraxılış. Qalalar" adlı poçt vərəqini tədavülə buraxıb.

Trend-in "Azərpoçt" MMC-yə istinadən verdiyi məlumata görə, orijinal poçt vərəqi 32 maraqlı markadan ibarətdir. Poçt vərəqinin ölçüsü 160x130 mm, markanın ölçüsü isə18x26 mm təşkil edir.

Poçt markalı vərəq "Azərmarka"nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə Belarusun "Bobruisk Integrated Printing House" çap evində işiq üzü görüb.

Qeyd edək ki, dörd kataloqdan ibarət bu poçt vərəqlərinin nominal dəyəri 1 qəpikdən 5 qəpiyə qədər, tirajı isə 700 mindən 1 milyon 200 minə qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti