...

Tovuzda 70 yaşlı kişi qətlə yetirildi

Gündəm Materials 29 Aprel 2019 09:43 (UTC +04:00)
Tovuz rayonunda qətl hadisəsi baş verib.
Tovuzda 70 yaşlı kişi qətlə yetirildi

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Abdiyev Oqtay Mikayıl oğlu münaqişə zəminində həmkəndlisi, 1949-cu il təvəllüdlü Tağıyev Cəlal Səməd oğlunu bıçaqlayıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti