...

Bakının Baş planı hazırlanarkən sakinlərin rəyi nəzərə alınacaq - Komitə rəsmisi

Gündəm Materials 7 May 2019 12:00 (UTC +04:00)
İnsanların Bakını gələcəkdə necə görmək istəyi barədə əldə edilmiş məlumatlar Baş plan üzərində davam edən işin növbəti mərhələsində nəzərə alınacaq.
Bakının Baş planı hazırlanarkən sakinlərin rəyi nəzərə alınacaq - Komitə rəsmisi

Bakı. İlhamə İsabalayeva - Trend:

İnsanların Bakını gələcəkdə necə görmək istəyi barədə əldə edilmiş məlumatlar Baş plan üzərində davam edən işin növbəti mərhələsində nəzərə alınacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru, Azərbaycan Memarlıq İttifaqının Şəhərsalma üzrə Yaradıcılıq Komissiyasının sədri İlqar İsbatov Memarlar İttifaqı İdarə Heyətinin Bakı Şəhər Icra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə "Bakının şəhərsalma inkişafı" mövzusunda keçirdiyi plenumda deyib.

İ.İsbatov əlavə edib ki, Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılıb. Bununla da insanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti