Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Ağakişiyev 15 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonunda Ağakişiyev Samir Bəşir oğlu bacısının həyat yoldaşı, 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunu küçədə iki bıçaq zərbəsi ilə qətlə yetirib.
Qətli törədən şəxs könüllü olaraq polisə təslim olub.