Bakı. Ləman Zeynalova - Trend:
Londonun Vandsvort rayonunda yaşayan 21 yaşlı əkiz qardaşlar 70-dən çox dostu ilə birgə UEFA Avropa Liqasının final matçını izləmək Bakıya çarter reysi sifariş verib.
Trend-in məlumatına görə, qardaşlar “Arsenal” və “Çelsi”nin fınala çıxdığını bilən kimi reys sifariş veriblər.
Onlar bildirib ki, bu regionda futbolun populyarlığının artması üçün tez-tez bu cür tədbirlər keçirmək lazımdır.
Qeyd edək ki, “Arsenal” və “Çelsi” Avropa Liqasının finalı mayın 29-da, saat 23:00-da başlayacaq.