...

Baş Prokurorun müavini: Məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir

Gündəm Materials 31 May 2019 11:14 (UTC +04:00)
Vəkillər Kollegiyası ilə prokurorluq orqanları arasında yeni əməkdaşlıq mərhələsinə start verilib.
Baş Prokurorun müavini: Məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir

Bakı. Samir Əli - Trend:

Vəkillər Kollegiyası ilə prokurorluq orqanları arasında yeni əməkdaşlıq mərhələsinə start verilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş Prokurorunun müavini Namiq Əsgərov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında deyib.

O bildirib ki, məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir: "Prokurorluq peşəsini mənə sevdirən vəkil olub. "Vəkil" sözü çətinə düşəndə çağırılan şəxs mənasını verir. Vəkil hüquqi əsgərdir. Prokuror isə qayğı göstərən deməkdir. Hər iki peşə sahibinin və qurumun fəaliyyəti normativ aktlarla tənzimlənir. Vəkillər ədalət mühakiməsinin əsas təmsilçiləridir. Vəkillər və prokurorlar insan hüquqları və azadlıqlarının müdafiəsini təmin edirlər. Azərbaycanda 1500 vəkil, 1200 prokurorluq əməkdaşı var. Şadam ki, bu gün vaxtilə prokuror işləmiş insanlar vəkil kimi fəaliyyət göstərirlər".

N.Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı fərmanda Baş Prokurorluğa edilmiş 2 tövsiyə var: “Baş prokuror Zakir Qaralovun göstərişi ilə Baş Prokurorluqda 15 nəfərdən ibarət işçi qrupu yaradıldı. Göstəriş verildi ki, Prezidentin fərmanının icrası ilə əlaqədar qanun layihəsi hazırlansın. Baş Prokurorluq bütün qurumlara məktub göndərdi. Mayın 2-də artıq biz öz təkliflərimizi tamamladıq. Həm Ali Məhkəmə, həm də Ədliyyə Nazirliyinə 200-dən çox təklif göndərildi. Hazırda Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun işçiləri birlikdə fərmanda qeyd olunan məsələləri yekunlaşdırmaq üzrədir. Layihə aidiyyəti üzrə quruma göndəriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti