...

Ermənistan əhalisi kəskin azalacaq - HESABAT

Gündəm Materials 21 İyun 2019 07:21 (UTC +04:00)
2100-cü ildə Ermənistan əhalisi bugünkü 3 milyon nəfərdən 2 milyonadək azalacaq
Ermənistan əhalisi kəskin azalacaq - HESABAT

Bakı. Trend:

2100-cü ildə Ermənistan əhalisi bugünkü 3 milyon nəfərdən 2 milyonadək azalacaq.

Trend-in məlumatına görə, bu haqda BMT-nin demoqrafik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Ermənistan əhalisi 2030-cu ildə 2,9 milyona çatacaq, lakin 2050-ci ildə 2,8 milyon, 2100-cü ildə isə 2,039 milyon nəfərədək azalacaq.

Hesabatda həmçinin o da proqnozlaşdırılır ki, Azərbaycanın hazırda 10,048 milyon nəfər olan əhalisi 2100-cü ildə 9,192 milyon nəfərədək azalacaq.

Ümumilikdə, proqnozlara əsasən dünya əhalisi 2054-cü ildə 8,9 milyard nəfərədək yüksələcək, amma 2100-cü ildə isə bugünkündən daha aşağı səviyyəyə - 7,3 milyard nəfərədək azalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti