...

Azərbaycan nefti ucuzlaşıb

Gündəm Materials 25 İyun 2019 22:45 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 24-də 65,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,25 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,91 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti