...

Həcdə ölən iranlıların sayı 6-ya çatdı

Gündəm Materials 6 Avqust 2019 20:15 (UTC +04:00)
Həcc ziyarətinə gedən iranlı zəvvarlardan 6-sı Mədinə və Məkkə şəhərlərində dünyasını dəyişib.
Həcdə ölən iranlıların sayı 6-ya çatdı

Bakı. Elnur Bağışov - Trend:

Həcc ziyarətinə gedən iranlı zəvvarlardan 6-sı Mədinə və Məkkə şəhərlərində dünyasını dəyişib.

Trend-in məlumatına görə, ötən 1 sutka ərzində Məkkədə 3 iranlı vəfat edib.

Dünyasını dəyişən iranlıların ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilib.

Qeyd edək ki, bu il Həcc ziyarətinə 86 mindən çox iranlı gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti