...

Daşkəsəndə 19 yaşlı oğlan qısqanclıq zəminində ölümcül bıçaqlandı

Gündəm Materials 10 Sentyabr 2019 14:01 (UTC +04:00)
Daşkəsəndə gənc oğlan qısqanclıq zəminində bıçaqlanıb.
Daşkəsəndə 19 yaşlı oğlan qısqanclıq zəminində ölümcül bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Daşkəsəndə gənc oğlan qısqanclıq zəminində bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə rayonun Quşçu kəndində baş verib.

Kənd sakini - 2000-ci il təvəllüdlü Həsənli Eltun İlham oğlu həmkəndlisi Hüseynov Gəncəli Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində G.Hüseynov E.Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib.

Yaralı komatoz-şok vəziyyətində xəstəxanaya çatdırılıb.

İlkin araşdırma zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti